Ukrayna və Finlandiya 300 milyon avroluq saziş imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna və Finlandiya 300 milyon avroluq saziş imzaladı

Dünya

23 Oktyabr 2026 00:35 64


Finlandiya və Ukrayna ümumi dəyəri 300 milyon avro olan, yeni yardım paketi də daxil olmaqla, yeddi sənəd imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Finlandiyanın Baş naziri Petteri Orpo ilə görüşünün yekunları barədə açıqlamasında bildirib.

Zelenskinin sözlərinə görə, tərəflər əməkdaşlıq imkanlarının genişləndirilməsi və Finlandiyanın peyk imkanlarından daha geniş istifadə olunması barədə razılığa gəliblər. Bu məsələ “Nokia” və “ICEYE” şirkətləri ilə də müzakirə edilib. Dominos pizza

Yardım paketinə lokomotivlər, enerji avadanlıqları və enerji obyektlərinin qorunması üçün vasitələr daxildir.\APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!