Deputatdan gənc alimlərin maaşı və elmi dərəcələrlə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Deputatdan gənc alimlərin maaşı və elmi dərəcələrlə bağlı AÇIQLAMA

Sosial

23 Oktyabr 2026 00:15 94


Azərbaycanda elmi tədqiqat müəssisələrində çalışan 30 yaşadək gənc tədqiqatçıların sayı kəskin azalıb. Maraqlıdır ki, eyni dövrdə ölkə üzrə tədqiqatçıların ümumi sayı artıb.

"Yeni Sabah" Banker.az-a istinadən xəbər verir ki, 2025-ci ildə elmi tədqiqat müəssisələrində çalışan 30 yaşadək tədqiqatçıların sayı 1 257 nəfər təşkil edib.

2024-cü ildə bu göstərici 1 818 nəfər olub. Beləliklə, bir il ərzində gənc tədqiqatçıların sayı 561 nəfər və ya 30,9 faiz azalıb. pizza

Eyni zamanda gənclərin bütün tədqiqatçılar arasındakı xüsusi çəkisi də nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Belə ki, 2024-cü ildə 30 yaşadək şəxslər tədqiqatçıların 13 faizini təşkil edirdisə, 2025-ci ildə bu göstərici 8,8 faizə enib.

Bunun əksinə olaraq, ölkədə tədqiqatçıların ümumi sayı 14 005 nəfərdən 14 296 nəfərə yüksəlib.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, statistikada kəskin azalma bir çox amillə bağlıdır: “Bu gün gənclərin bu sahəyə marağı getdikcə azalır. Bu məsələdə birmənalı olaraq məvacibin böyük rolu var. Maaşların az və ya çox olması prosesə birbaşa təsir edir. Digər tərəfdən, elmi dərəcə və adların alınması prosesi kifayət qədər mürəkkəbdir. Məhz buna görə də bu gün gənclərin çoxu elmin arxasınca getmək və özlərini inkişaf etdirmək istəmirlər. Biz bu məsələ üzərində ciddi düşünməli və gənclərin marağını artırmaq üçün addımlar atmalıyıq. Hazırkı dövrdə vəziyyət göz qabağındadır və gələcəkdə də prosesin bu formada davam etmə ehtimalı yüksəkdir. Gənclərdə bu sahəyə maraq və həvəs yaratmaq, eləcə də maaşları yüksəltmək lazımdır. Tədqiqat aparan alimlər üçün xüsusi şərait yaradılmalıdır ki, onlar araşdırmalarını davam etdirsinlər, özlərini inkişaf etdirsinlər, irəliləsinlər və daha çox bilik əldə etsinlər. Problemi həll edə bilməsək, mənfi nəticələrin şahidi olmağa davam edəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!