Zelenski müsahibə zamanı ağladı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski müsahibə zamanı ağladı

Dünya

22 Oktyabr 2026 22:57 369


Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı iş adamı və teleaparıcı Stiven Bartlettə müsahibə verib. Zelenski söhbət zamanı yuxusuzluq problemindən gileylənib və emosional anlar yaşayıb.

"Yeni Sabah" xəbər verir ki, Stiven Bartlett bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Sözügedən epizod gözlənilən müsahibənin anons videoçarxına daxil edilib. Pepperoni pizza

Müsahibə zamanı aparıcı ukraynalı siyasətçidən mövcud vəziyyətlə necə bacardığını soruşub. Cavabında Zelenski son dərəcə ağır dövrdən keçdiyini vurğulayıb:

"Bu, çox çətindir. Səmimi olacağam: mən yatmıram. Bu, heç kimə arzulamadığım dəhşətli, dözülməz bir ağrıdır", - deyə Ukrayna lideri bildirib.

Bu sözlərdən sonra Bartlett Zelenskinin gözlərinin yaşardığına diqqət çəkib. Ukrayna prezidenti isə onun sözlərini qısaca "Bəli" deyərək təsdiqləyib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!