Abşeronda dəhşət: Uşaq atasının maşınının altında qaldı
29 İyn 2020 09:03
884

Abşeronda dəhşət: Uşaq atasının maşınının altında qaldı

Abşeronda bədbəxt hadisə baş verib. Hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini Tural Əkbərli idarə etdiyi şəxsi avtomobilini yaşadığı evin həyətində arxaya verərkən övladı, 2016-cı il təvəllüdlü Əkbərli Əli Tural oğlu ehtiyatsızlıqdan avtomobilin təkərinin altında qalaraq ağır bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı sınıqları və əzikləri diaqnozları qoyulub. Azyaşlı cərrahi əməliyyat olunub. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləsdirilib. /Report

 

Oxşar xəbərlər