Abşeronda şəhidlərə il mərasimi keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda şəhidlərə il mərasimi keçirildi - Fotolar

Sosial

15 Oktyabr 2021 16:24 620


Vətən Müharibəsi zamanı şəhid olan mayor Əliyev Malik Təvəkkül oğlu, kapitan Qubadov Zülfüqar İsmi oğlu, baş leytenant Ələkbərov Röyal Fərmayıl oğlu və əsgər Əlimərdanov Elvin İlham oğlunun il mərasimləri ilə əlaqədar onların ailə üzvlərinə baş çəkilib.

Yenisabah.az xəbər verir ki, il mərasimlərində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyəti iştirak ediblər. 

Şəhidlərimizin yaşadıqlara ünvanlara gedilərək onların ailə üzvləri ilə görüşülüb, qayğıları və problemləri ilə maraqlanılıb..  Toyuqlu pizza

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub. 

Allah bütün şəhidlərimizi rəhmət eləsin. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!