Rəşad Xanlarova vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Xanlarova vəzifə verildi

Sosial

19 May 2026 15:25 139


Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyində təhsil məsələləri üzrə müşavir təyin olunub.

“Yeni Sabah” APA-ya istinadla xəbər verir ki, sözügedən vəzifə Rəşad Xanlarova həvalə edilib.

Qeyd edək ki, Rəşad Xanlarov bu təyinata qədər Elm və Təhsil Nazirliyində Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiri, müxtəlif beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə, eləcə də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru kimi fəaliyyət göstərib. Dördpendirli pizza

Xatırladaq ki, Azərbaycanın bəzi səfirliklərində Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin təhsil müəssisələrində təhsil almasına və təhsil hüquqlarının müdafiəsinə dəstək verilməsini, eləcə də bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etmək məqsədilə təhsil məsələləri üzrə müşavirlər fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!