Ötən il neçə telekanal cəzalandırılıb?

saytların hazırlanması

Evə çatdırılma

Ötən il neçə telekanal cəzalandırılıb?

Sosial

19 May 2026 15:43 58


Gender ayrı-seçkiliyinin pozulmasına görə bir sıra televiziya kanallarına qadağalar tətbiq olunub.

"Yeni Sabah" xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında öz əksini tapıb.

Audiovizual Şura “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması, yəni cinsi (gender) ayrı-seçkiliyin təbliği nəticəsində ilin müxtəlif vaxtlarında “Space TV”, “Xəzər TV”, “ARB”, “Baku TV” kanallarına rəsmi xəbərdarlıq edilib, bir dəfə “Space TV” kanalının yayımı 6 saatlıq, “Kanal S” kanalının yayımı isə 24 saatlıq dayandırılıb. Sezar pizza

Ailə institutunu nüfuzdan salan informasiyanın yayılmasına görə isə müxtəlif vaxtlarda “MTV” kanalına rəsmi xəbərdarlıq verilib, həmçinin inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!