Ağac kəsilməsinə görə vəzifəli şəxs cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Ağac kəsilməsinə görə vəzifəli şəxs cərimələndi

Sosial

17 Fevral 2023 17:57 714


ETSN-nin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yardımlı rayonu ərazisindəki parkda ağac kəsilməsi ilə bağlı məlumata aydınlıq gətirib.

Qurumdan Yenisabah.az-a verilən məlumatda bildirilib ki,  Yardımlı rayonu Vüqar Nəciyev küçəsi 3 ünvanında yerləşən parkda ağacların kəsilməsi faktı ilə  bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılıb. 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda 7 ədəd bioloji inkişafda olan söyüd ağacının, Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi olmadan, Yardımlı Rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin müdiri Balamir Adiyevin göstərişi ilə kəsildiyi və təbiətə  2280 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.  Marqarita pizza

"Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”. 

Qeyd edək ki, adı çəkilən ünvanda ağacların kəsilməsi ilə bağlı saytımıza rayon sakinləri tərəfindən şikayət daxil olmuşdu. Vətəndaşlar ağacların kəsilməsinə səbəb kimi qurumun həmin ağacların yerinə yeni ağaclar əkib, sonradan onların sayına görə işçi götürmək və maaşlarını mənimsəməyi göstərmişdilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!