Paşinyan onu dövlətə xəyanətdə ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan onu dövlətə xəyanətdə ittiham etdi

Siyasət

20 May 2026 23:39 131


Ermənistan Baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən təşviqat kampaniyası zamanı Çiçəklənən Ermənistan Partiyasından (ÇEP) parlament deputatlığına namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib.

"Yeni Sabah" xəbər verir ki, Paşinyan Tevanyana qarşı cinayət işinin başlanacağını bildirib.

“Bilirsiniz ki, ÇEP siyahısında Andranik Tevanyan adlı 2 nömrəli namizəd var. Sabah Milli Təhlükəsizlik Xidməti müəyyən olunmuş qaydada İstintaq Komitəsinə cinayət barədə məlumat göndərəcək. Tevanyana qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işinin başlanmasını gözləyirik”, - baş nazir vurğulayıb. Sezar pizza

Paşinyan həmçinin Ermənistanda fəaliyyət göstərən casus şəbəkəsinin mövcud olduğunu iddia edib və hakimiyyətin onunla mübarizə aparacağını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!