Göygöl Rayon İcra Hakimiyyəti başçısına yeni birinci müavin təyin olunub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə icra başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Namiq Cəfərov Göygöl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə gətirlib. Marqarita pizza
O, daha əvvəl adıçəkilən İcra Hakimiyyətində Ərazi İdareətmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Namiq Cəfərov Naxçıvan Dövlət Universtetinin Hüquq fakultəsini bitirib.
O, müxtəlif vaxtlarda Xızı Rayon İcra Hakimiyyətində başçının köməkçisi, Gəncə Asan Xidmət Mərkəzinin direktoru və Azərbaycan Dövlət Aqrar Universtetində məsul vəzifələrdə işləyib.
O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. N.Cəfərov “Şuşanın azad olunmasına görə” eləcədə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Nazim Hacıyev
Telegram kanalımız