Asif Hüseynova yüksək vəzifə verildi   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Asif Hüseynova yüksək vəzifə verildi - FOTO

Siyasət

20 May 2026 19:36 7855


Mingəçevir şəhər icra və probasiya şöbəsinə yeni rəis əvəzi təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, həmin vəzifənin icrası 3 ay müddətinə Asif Hüseynova həvalə edilib. pizza

Qeyd edək ki, Hüseynov Asif Tahir oğlu 1987-ci ildə Şəmkir şəhərində anadan olub. 1994–2005-ci illərdə Şəmkir şəhəri Cahangir Rüstəmov adına tam orta ümumtəhsil məktəbi ndə rus bölməsində təhsil alıb. Bakı Odlar Yurdu Universitetinin Hüquqşünaslıq fakültəsinin məzunudur.

Qeyd edək ki, Asif Hüseynov 2016-cı ildə ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Tovuz rayon icra ve probasiya şöbəsində icra məmuru, 2022-ci ildən isə böyük icra məmuru vəzifəsində işləmişdir. 2025-ci ildən isə Şəmkir şəhər icra və probasiya şöbəsində böyük icra məmuru vəzifəsinə təyin edilmişdi.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!