SON DƏQİQƏ! Azərbaycan-İran sərhədi ilə bağlı   YENİ QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ! Azərbaycan-İran sərhədi ilə bağlı YENİ QƏRAR

Siyasət

20 May 2026 21:11 695


İran hökuməti Azərbaycan-İran dövlət sərhədindən avtomobil idxalı imkanlarının genişləndirilməsi barədə qərar qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayılıb.

Yeni qərara əsasən, Ərdəbil azad iqtisadi zonasında yerləşən Biləsuvar (İran) gömrük məntəqəsi idxal olunan avtomobillərin rəsmiləşdirilməsi üçün səlahiyyətli keçid məntəqələrindən biri statusunu alıb. Bununla da Azərbaycan-İran sərhədindən avtomobil idxalı üçün yeni marşrut istifadəyə verilib. Dördpendirli pizza

Qərarın avtomobil idxalına qoyulan məhdudiyyətlərin yumşaldılması və xarici avtomobillərə tələbatın artması fonunda qəbul edildiyi bildirilir.

İran rəsmilərinə görə, təşəbbüsün əsas məqsədi idxal prosedurlarını sürətləndirmək, digər gömrük məntəqələrində yükü azaltmaq, eləcə də nəqliyyat və anbar xərclərini optimallaşdırmaqdır.

Qeyd olunur ki, yeni marşrutun açılması avtomobillərin gömrük rəsmiləşdirilməsini sürətləndirəcək, anbar infrastrukturundan daha səmərəli istifadəni təmin edəcək və əməliyyat xərclərinin bir hissəsini azaldacaq.

Biləsuvar gömrük məntəqəsinin Qafqaz nəqliyyat yollarına və Azərbaycan sərhədinə yaxınlığı səbəbilə İranın şimal-qərb regionlarının ticarətində strateji əhəmiyyət daşıdığı vurğulanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!