Ağamalıların “savaş”ının qalibi məlum oldu   - YENİ SƏDR SEÇİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Ağamalıların “savaş”ının qalibi məlum oldu - YENİ SƏDR SEÇİLDİ

Siyasət

24 Yanvar 2026 15:22 3955


Ana Vətən Partiyasının qurultayı başa çatıb.

"Yeni Sabah" xəbər verir ki, partiyanın yeni sədri Milli Məclisin deputatı Günay Ağamalı seçilib.

Faktı Modern.az-a partiyanın sabiq sədri, eyni zamanda Günay Ağamalının atası Fəzail Ağamalı təsdiqləyib. pizza mizza

Qeyd edək ki, Fəzail Ağamlının oğlu Elçin Ağamalı da bu vəzifəyə iddialı idi. Hətta bir müddət öncə F. Ağamalı ilə oğlu arasında buna görə gərginlik yaranmışdı. 

Belə ki, F.Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəmişdi. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!