Yay mövsümünün yaxınlaşması ilə əmlak bazarında hərəkətlik artb. Ev almaq istəyənlərin bir qismi qiymətlər daha da bahalaşmadan ona sahib olmağa çalışır, digərləri isə payızı gözləməyin sərfəli olacağını iddia edir.
“Hazırda daşınmaz əmlak almaq üçün əlverişli dövrdür”, - deə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc xəbərdarlıq edir.
O, “Yeni Sabah”a bildirib ki, daşınmaz əmlakla bağlı qərarı uzun müddət təxirə salmaq məqsədəuyğun deyil: Toyuqlu pizza
“Çünki inflyasiya və qiymət artımı elə bir vəziyyət yaradır ki, bu gün alınan əmlak sabah baha qiymətə təklif olunur. Son illərin statistikası da göstərir ki, qiymətlərin azalmasından çox, davamlı artım tendensiyası mövcuddur.
İyul, avqust və sentyabr ayında bazarda aktivlik artır. Bu isə həm kirayə, həm də satış qiymətlərinə təsir göstərir. Yeni tədris ilinin başlaması ilə tələbə axını kirayə mənzil bazarında xüsusilə əlavə tələbat yaradır və qiymətlər yüksəlir”.
Ekpert bildirib ki, paytaxtın əmlak bazarında qiymət enməsi qısamüddətlidir:
“Bağ evlərinə və dənizkənarı ərazilərə maraq artdığı üçün həmin istiqamətlərdə qiymətlər yüksəlir. Ümumən investisiya baxımından torpaq sahələri uzunmüddətli dövrdə daha sabit və gəlirli aktiv hesab olunur. Çünki torpaq məhdud resursdur və zaman keçdikcə dəyər itirməkdən daha çox dəyər artırma potensialı nümayiş etdirir. Qısa və orta müddətli investisiyalar üçün isə mənzillər və qeyri-yaşayış obyektləri daha səmərəli seçim sayıla bilər”.
V.Oruc qeyd edib ki, yeni metro stansiyalarının tikintisi və s. bəzi ərazilərdə daşınmaz əmlaka marağı artıracaq:
“Bakı şəhərinin 2040-cı ilədək Baş Planı çərçivəsində nəzərdə tutulan infrastruktur layihələri də bazara ciddi təsir göstərəcək. Köhnə binaların yenilənməsi prosesi müəyyən ərazilərdə investisiya cəlbediciliyini artıracaq.
Hazırda Yasamal, Səbail, Xətai, Nərimanov və Nəsimi rayonları işgüzar və kommersiya aktivliyinə görə investisiya baxımından daha çox maraq doğuran ərazilərdir. Abşeron yarımadasında bağ və torpaq sahələrinə də maraq artıb. Mərdəkan, Şüvəlan, Pirşağı və Nardaran istiqamətində lüks yaşayış və istirahət layihələrinə tələbatın yüksəlməsi qiymət artımını davam etdirir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız