Ağdamda 7 məktəb koronavirusa görə bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda 7 məktəb koronavirusa görə bağlandı

Sosial

09 Aprel 2021 11:23 589


Ağdamda 7 məktəb koronavirusa görə distant tədrisə keçib.

Yenisabah.az xəbər verir ki, Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov Trend-ə bildirib ki, rayonun Birinci Yüzbaşılı, Alıbəyli, Əfətli, Mahrızlı, Baharlı-2, Dörd yol-2 və 150 saylı orta məktəblərdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Həmin məktəblərdə müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testi pozitiv çıxıb. Marqarita pizza

Eyni zamanda Əhmədağalı kənd tam orta məktəbində 2 sinif, Qaradağlı tam orta məktəbində 1 sinif, 87 saylı tam orta məktəbdə 1 sinif, 97 saylı tam orta məktəbdə 1 sinif fəaliyyətini dayandırıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!