Aktrisadan ad günü paylaşımı: “Allah məni günahdan çəkindirdi“

saytların hazırlanması

Evə çatdırılma

Aktrisadan ad günü paylaşımı: “Allah məni günahdan çəkindirdi“

Şou

10 Yanvar 2023 13:54 754


Ülviyyə Xəlilbəyli ikinci övladı Rasulla bağlı paylaşım edib.

Yenisabah.az xəbər verir ki, aktrisa yeni doğularkən çəkdiyi fotonu paylaşaraq körpənin ad günü olduğunu qeyd edib:

“Keçən ilin bu günü “küvöz”ə düşdüyü üçün gec paylaşmışdım. Onu arzulamadığıma görə bu vəziyyətdən özümü günahlandırmışdım. Çox qarışıq, beynimin əsəb, stressdən pozulduğu bir vaxtda gəldin. Marqarita pizza

Nə yaxşı ki, Allah buna icazə verdi. Məni günah işdən çəkindirdi. Yaxşı ki, varımsan. Sən ananın günəşisən, çünki həyatıma yenidən işıq, nur gətirdin. Qapanmış gözlərimi açdın. əslində əyilməz və heç kimin köləsi olmayacaq qədər güclü bir ana olduğumu xatırlatdın. Canım oğlum, Rasulum, 1 yaşın mübarək. Nur üzlüm, məsum simalım, Allah səni qorusun, mələyim”.

Xatırladaq ki, Murad İsmayılla evli olan Ülviyyənin Fuad adlı bir oğlu da var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!