Bu gün Monteneqronun paytaxtı Podqoritsa şəhərində yerləşən Ali Məhkəmənin binasında partlayış olub.
Yenisabah.az “Balkan RT” telekanalına istinadla xəbər verir ki, bu barədə Monteneqro DİN-i məlumat yayıb.
Partlayıcı qurğu birbaşa məhkəmə zalında işə salınıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır. Marqarita pizza
Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
İlkin məlumata görə, 39 yaşlı kişin məhkəmənin girişində əl qumbarasını işə salıb. O, yerindəcə dünyasını dəyişib.
Qeyd olunur ki, ölkədə daha əvvəl Ali Məhkəmə və parlament də daxil olmaqla, binaların bombalanması ilə bağlı yalan xəbərlər dalğası yayılıb. Lakin siqnallar təsdiqlənməyib.
Telegram kanalımız