30 Sentyabr - 00:36
Ali məktəblərə ixtisas seçimi bu tarixdən başlayır

Ali məktəblərə ixtisas seçimi bu tarixdən başlayır

Sosial

01 Avqust 2022 14:47 784


İxtisas seçimi ilə əlaqədar “Abituriyent” jurnalının müvafiq nömrələri ixtisas seçiminin başlanılmasından bir neçə gün öncə nəşr olunacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi saytında məlumat yer alıb.

"Abituriyentlərin nəzərinə çatdırırıq ki, elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Abituriyent Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla linkdən tanış ola bilərsiniz", - DİM-dən bildirilib.

Qeyd edilib ki, I və IV ixtisas qrupları üzrə iyulun 21-də keçirilən imtahan nəticələri bu həftə ərzində elan olunacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!