ABŞ mayın 19-na keçən gecə Hind okeanında İran neftini daşıdığı ehtimal edilən "Skywave" tankerini saxlayıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşrinə üç amerikalı məmur məlumat verib.
WSJ-nin mənbələrinin sözlərinə görə, tanker mart ayından etibarən ABŞ sanksiyaları altındadır. İzləmə məlumatlarına əsasən, gəmi Malakka boğazından keçərək Malayziyanın qərb istiqamətinə doğru hərəkət edib. Pepperoni pizza
Brokerlər və "Lloyd's List Intelligence" məlumatları göstərir ki, tanker fevral ayında İranın Hark adasında bir milyon bareldən çox neft yükləmiş ola bilər.
Məlumata görə, bu, ABŞ hakimiyyətinin İranla əlaqəli "kölgə donanması"nın bir hissəsi hesab etdiyi ən azı üçüncü tankerin saxlanılması hadisəsidir. Aprel ayında ABŞ Hind okeanında "Majestic X" və "Tifani" tankerilərini də saxlamışdı.\Oxu.Az
Telegram kanalımız