Alim gizli kitabxanasını üzə çıxardı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Alim gizli kitabxanasını üzə çıxardı - VİDEO

Dünya

17 Sentyabr 2026 15:14 97


Suriyada Bəşər Əsəd rejiminin hücumları və təqibləri səbəbindən evini tərk etmək məcburiyyətində qalan suriyalı yazar və alim Bilal Allun (Abu Bilal) illər sonra tarixi xilasetmə addımı ilə gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, müharibənin başlanğıcında dəyərli kitablarının və nadir əlyazmalarının rejimin bombaları altında məhv olmasından və ya qarət edilməsindən ehtiyat edən alim, onları evinin divarları arxasında xüsusi gizli bölmə yaradaraq hördürüb.

İllər sonra doğma evinə qayıdan Bilal Allun hördüyü divarı sındıraraq zəngin kütübxanasını yenidən gün işığına çıxarıb. Təqdim olunan görüntülərdə divarın sökülməsi ilə illərdir toxunulmaz qalan yüzlərlə kitabın tamamilə zədəsiz halda aşkar olunduğu görünür. Marqarita pizza

Bu hadisə Suriyadakı müharibə dövründə ziyalıların öz mədəni irsini və elmi xəzinəsini qorumaq üçün hansı fədakarlıqlara qatlaşdıqlarını bir daha nümayiş etdirib. Divar arxasından çıxarılan kütübxana rəqəmsal platformalarda elmin və mənəviyyatın müharibəyə qalib gəlməsinin rəmzi kimi böyük maraqla qarşılanıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!