Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq

saytların hazırlanması

Evə çatdırılma

Rusiya noyabrda 9 uşağı Ukraynaya qaytaracaq

Dünya

06 Noyabr 2026 01:34 121


ABŞ-nin birinci xanımı Melaniya Trampın rəhbərliyi altındakı humanitar missiya çərçivəsində Rusiya noyabrda Ukraynaya 9 uşağı qaytarmağı planlaşdırır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belova bildirib.

"Noyabr ayında ABŞ-nin birinci xanımı ilə birlikdə uşaqların ailələrinə qovuşdurulması üzrə növbəti mərhələyə hazırlaşırıq. Ukraynadakı yaxınlarının yanına qayıtmaq istəyən doqquz uşağa kömək etməyi planlaşdırırıq", - o, ABŞ-nin birinci xanımının Rusiya və Ukrayna nümayəndələri ilə humanitar məsələlərin müzakirə olunduğu görüşü şərh edərkən sosial şəbəkədə yazıb. pizza sifarişi

Rusiya Prezidentinin müvəkkili qeyd edib ki, noyabrın 5-də Ağ evdə uşaqların ailələri ilə qovuşması mövzusu da qaldırılıb. "Bu iş onun aparatı tərəfindən Rusiya Prezidenti Vladimir Putinin tapşırığı ilə beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq şəraitində ardıcıl olaraq aparılır.

Uşaqların doğmalarının yanına qayıtmasında şəxsi iştirakına və dəstəyinə görə Melaniya Trampa təşəkkür edirəm", - Lvova-Belova əlavə edib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!