Almaniyada miqrantlarla toqquşmalarda 26 polis yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada miqrantlarla toqquşmalarda 26 polis yaralandı

Dünya

17 Sentyabr 2023 13:48 572


Almaniyanın Ştutqart şəhərində (Baden-Vürtemberq federal əyaləti) Eritreyadan olan miqrantlarla polis arasında toqquşma baş verib, 26 polis əməkdaşı yaralanıb. 

"Report" xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. 

İğtişaşlar 200-ə yaxın insanın iştirak etdiyi mədəniyyət festivalı zamanı qeydə alınıb. Onu Eritreya hakimiyyətinə yaxın bir təşkilat təşkil edib. Tədbir iştirakçıları ilə Afrika ölkəsindən olan hakimiyyətə dəstək verməyən digər şəxslər arasında qarşıdurma başlayıb. Nəticədə qarşıdurma polislə toqquşmaya çevrilib.  Toyuqlu pizza

DPA-nın məlumatına görə, polisə daş və şüşə butulkalar atılıb. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib, həyatları üçün təhlükə yoxdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!