Almaniyada Ukraynaya veriləsi təyyarə yoxdur - Nazir

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada Ukraynaya veriləsi təyyarə yoxdur - Nazir

Dünya

25 İyun 2023 10:52 455


Almaniya qırıcı koalisiyasında iştirak etməyəcək, çünki onun arsenalında müttəfiq dövlətlərin Ukraynaya verməli olduğu "F-16" təyyarələri yoxdur.

Yenisabah.az “DW”yə istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

O bildirib ki, Bundesver “Eurofighter” və “Tornado” təyyarələrindən istifadə edir. Dördpendirli pizza

Pistoriusun sözlərinə görə, Almaniya ilin sonuna kimi 10 minə yaxın ukraynalı əsgərə təlim keçiriləcək.

Qeyd edək ki, bu yaxınlarda bəzi müttəfiq ölkələr “F-16”da ukraynalı pilotlara təlim keçmək niyyətlərini açıqlayıblar. Koalisiyaya Danimarka və Niderland rəhbərlik edib, Polşa, İsveç, Belçika, Fransa və ABŞ isə koalisiyaya qoşulub.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin 6-7 ay ərzində bu təyyarələri ala biləcəyini demişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!