“Apple” gözləmədiyi zərbəni aldı - iPhone 18 Pro ilə bağlı qərar

saytların hazırlanması

Evə çatdırılma

“Apple” gözləmədiyi zərbəni aldı - iPhone 18 Pro ilə bağlı qərar

Rəqəmsal

13 Oktyabr 2026 11:28 105


"Apple" yeni nəsil telefonuna gözlədiyi marağı görə bilməyib. Yüksək qiymət və yaddaş çiplərinin bahalaşması şirkəti istehsal planını dəyişməyə məcbur edib.

“Yeni Sabah” xəbər verir ki, “Nikkei Asia” nəşrinin məlumatına görə, "Apple" təchizatçılarından iPhone 18 Pro istehsalını 20 faizə qədər azaltmağı istəyib. Məlumata əsasən, şirkət sentyabrın əvvəlindən telefonların göndərilməsində ehtiyatlı davranır. Oktyabr ayı üçün sifarişlərin həcmi də ilkin plana nisbətən ən azı 15 faiz azaldılıb. Dünyada operativ yaddaş çiplərinin (DRAM) qiymətinin artması "Apple"ın xərclərini yüksəldib. Lakin şirkətin yüksək qiymətə əsaslanan satış strategiyası gözlənilən nəticəni verməyib.

"Apple"ın bu il adi iPhone 18 və iPhone Air 2 modellərini təqdim etməməsi alıcıların seçim imkanlarını məhdudlaşdırıb. iPhone 18 Pro-nun 256 GB yaddaşa malik versiyasının qiyməti 1199 dollardan başlayır. Bu məbləğ bir çox istifadəçinin yeni telefona keçmək qərarına təsir edib. Daha münasib qiymətə telefon tapa bilməyən bəzi alıcılar hazırkı cihazlarından istifadə etməyə davam edirlər. "Apple"ın gələn ilin əvvəlində adi A20 prosessoru ilə təchiz olunacaq iPhone 18 və iPhone Air 2 modellərini təqdim edəcəyi gözlənilir. Şirkətin bu modelləri daha münasib qiymətə satışa çıxararaq bazarda mövqeyini  ücləndirməyə çalışacağı bildirilir. Dördpendirli pizza

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!