Sosial şəbəkədə "Müştəriyəm Şikayətim Var" qrupunda İnşaatçılardakı "Ləzzət" şirniyyat mağazası ilə bağlı narazılıq paylaşılıb.
“Yeni Sabah” xəbər verir ki, Şşkayətçi övladı üçün az sayda cudo almaq istəyərkən satıcının kodların fərqli olduğunu deyib bir ədədi tərəzidə çəkməkdən imtina etdiyini, say dördə çatdıqda isə hamısını birlikdə çəkdiyini bildirib. Alıcının buna iradına satıcının kobud cavab verdiyi qeyd olunub.
Paylaşımda əsas şikayətin məbləğdən deyil, müştəriyə qarşı kobud münasibətdən qaynaqlandığı vurğulanıb. Uzun müddət mağazanın daimi alıcısı olan şikayətçi artıq ora getməyəcəyini deyib və rəhbərliyi xidmət keyfiyyətinə diqqət yetirməyə çağırıb. İnternetdən sifariş
Cəlalə Cəlalqızı
Telegram kanalımız