Tanınmış aparıcının evinə silahlı basqın edildi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış aparıcının evinə silahlı basqın edildi

Hadisə

27 Noyabr 2026 08:21 345


Tanınmış aparıcı Firəngiz Cəlilovanın Novxanıda yerləşən bağ evinə basqın edilib. Bir neçə avtomobillə gələn 15-ə yaxın naməlum şəxs evdən külli miqdarda qızıl-zinət əşyaları və elektron avadanlıqlar oğurlayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə aparıcının özü məlumat yayıb. Firəngiz Cəlilova hadisənin noyabrın 26-da baş verdiyini bildirib:

"26 noyabr saat 22:00 radələrində Novxanıda yerləşən bağ evimə beş avtomobillə gələn, təxminən 15 nəfərdən ibarət naməlum şəxslər tərəfindən basqın edilib. Online alış-veriş

Hadisə zamanı evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədim boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar oğurlanıb".

Aparıcı hadisə ilə bağlı videogörüntüləri də paylaşaraq hüquq-mühafizə orqanlarına müraciət edib və baş verənlərin obyektiv araşdırılmasını istəyib. O, müraciətində basqında iştirak edən şəxslərin və istifadə olunan avtomobillərin müəyyənləşdirilməsini, oğurlanmış əşyaların geri qaytarılmasını, təqsirkarların isə qanun qarşısında məsuliyyətə cəlb olunmasını xahiş edib.

Firəngiz Cəlilova daha sonra məsələyə bu cür aydınlıq gətirib:

"Heç kimlə düşmənçiliyim yoxdur. Evləri səhv salıblar. Amma bu məsələni belə asanlıqla keçməyəcəyəm! Anama və övladıma yaşatdıqları stressin məsuliyyətini mütləq anlayacaqlar. Hər kəs öz hərəkətinə görə cavabdeh olmalıdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!