Aparıcı Fira Cəlilova evində baş verən hadisə ilə bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edərək açıqlama yayıb.
Qeyd edək ki, tanınmış aparıcı Firəngiz Cəlilovanın Novxanıda yerləşən bağ evinə basqın edilib. Online alış-veriş
Polis əməkdaşlarına Novxanı qəsəbəsində Fira Cəlilovanın anasına məxsus bağ evində müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən Əlihüseyn Hüseynovun gizlənməsi barədə məlumat daxil olub. Müəyyən edilib ki, axtarışda olan şəxs bilə-bilə həmin evdə gizlədilib.
Hadisə yerinə əməliyyat qrupu gedib və Ə.Hüseynov gizlədildiyi yerdən aşkarlanaraq saxlanılıb.
Ə.Hüseynovla F.Cəlilovanın qohumluq əlaqələri olmayıb.
Aydan Hacı
Telegram kanalımız