Milli Məclisin plenar iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Ceyhun Məmmədov Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda könüllülük hərəkatının sürətlə inkişaf etdiyini və bu gün bir çox dövlət qurumlarında geniş tətbiq olunduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, mövcud qanunvericilikdə əməyin mühafizəsi məsələsinin yalnız tələbə və şagirdlərə şamil edildiyini xatırladan parlamentari sənədə könüllülərlə bağlı ayrıca müddəanın əlavə olunmasını mühüm addım kimi qiymətləndirib. Onun sözlərinə görə, zaman-zaman gənclərin könüllü fəaliyyəti zamanı qarşılaşdıqları çətinliklər və narazılıqlar fonunda bu dəyişiklik onlar üçün bərabər şəraitin yaradılmasına, hüquqlarının qorunmasına və əməyin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək.
Könüllülük fəaliyyətinin getdikcə genişləndiyini vurğulayan C.Məmmədov "ASAN Xidmət"də tətbiq olunan könüllülük modelini uğurlu nümunə göstərərək, vaxtilə burada könüllü kimi fəaliyyətə başlayan gənclərin hazırda həmin qurumda yüksək vəzifələrdə çalışdıqlarını qeyd edib. Deputat müasir çağırışlara uyğun olaraq gənclər üçün daha əlverişli mühit formalaşdırmaq məqsədilə “Könüllü fəaliyyət haqqında” Qanuna da yenidən baxılmasının vacibliyini diqqətə çatdırıb. Online alış-veriş
Nazim Hacıyev
Telegram kanalımız