Aşıq Namiq düşdüyü qəzadan danışdı: “160-la gəlirdilər, polisə dedim ki...”

saytların hazırlanması

Evə çatdırılma

Aşıq Namiq düşdüyü qəzadan danışdı: “160-la gəlirdilər, polisə dedim ki...”

Şou

13 Oktyabr 2022 13:25 2239


Xəbər verdiyimiz kimi, Aşıq Namiq Fərhadoğlu qəzaya düşüb. Hadisə Bakının Nizami rayonu ərazisində qeydə alınıb.

Aşıq Namiq hadisənin təfərrüatları ilə bağlı Yenisabah.az-a danışıb.

O, qəzada xəsarət almadığını, amma avtomobilinə ciddi zərər dəydiyini bildirib: pizza hut

“Mənə heç nə olmayıb, hər hansı xəsarət alamamışam, amma avtomobilimə 5-6 min manatlıq ziyan dəyib. Mən işıqforun qırmızı işığında dayanmışdım, gözləyirdim, məndən arxada iki maşın toqquşdu, sonra mənim maşınıma çırpıldılar. Belə vəziyyətdə məndə günah ola bilərmi? Avtomobilimə dəymiş ziyanı kimin qarşılayacağını hələ ki, bilmirəm. Nizami polisi bu gün saat 3-də məni çağıracaq, məsələni araşdıracaqlarını bildiriblər.

Mənim məsələni ictimailəşdirməkdə məqsədim başqalarını da ehtiyatlı olmağa səsləməkdir. Həmin ərazidə mənim əvəzimə yaşlı bir adam olsaydı necə olacaqdı? O sürətlə gəlirlər, həmin yerdə bir piyada olsaydı nə olacaqdı? Özü də maşınların iksi də lizinqdir, heç olmasa adam kimi sürün. Həmin qəzada sürət 140-160 olardı, hətta bəlkə də daha çox. O sürətlə sürürdülər, mənim maşınıma ziyan dəydi, amma özlərinin başı-gözü əzilmişdi, xəsarət almışdılar. Toydan gəlirdim, saat 12-yə qalmış olardı. Əsas olan canımıza heç nəyin olmamasıdır. İndi də Mir Mövsüm Ağa ziyarətgahına gedirəm, qurban kəsəcəyəm. Qurban olum Allaha, özümüzə heç nə olmadı. Allah hər birimizin üstündə olsun”.

Sənətçi paytaxt ərazisində yüksək sürətlə avtomobil idarə edən sürücüləri sərt tənqid edib:

“Belə sürücüləri tənqid etmək, qınamaq lazımdır ki, eyni hallar təkrar yaşanmasın. Maşını elə sürətlə sürürlər ki, gəl görəsən... Nə olub, bir az normal sürün, şəhərin içidir, adam çox olur, ehtiyatı əldən vermək olmaz. Burada söhbət insan həyatından gedir, maşın heç, o bir dəmir parçasıdır, düzələr, amma insan həyatını geri qaytarmaq mümkün deyil. Dünənki qəzadakı sürətlə bir piyadaya maşın dəysə idi, sonu faciəvi ola bilərdi. Araşdırmaq lazımdır ki, görək həmin sürücülər içkili idilərmi? Nizami polisinə də demişəm ki, kamera görüntülərini açsınlar, əmin olaq ki, qəzaya səbəb kimdir. Çünki bəzən olur ki, başqası çıxıb qəzanı boynuna alır”.

Xatırladaq ki, ötən gecə Namiq Hüseynov idarə etdiyi 99-NF-002 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobili ilə işıqforun qırmızı işığında dayanıb. Bu zaman yüksək sürətlə hərəkət edən 77-HB-375 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobil qarşıda dayanan 99-PS-832 dövlət nömrə nişanlı “Renault”a çırpılıb.

“Renault” isə Namiq Hüseynovun maşınına dəyərək dayanıb.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!