Goranboy sakini kəsici-deşici alətdən xəsarət alıb.
“Yeni Sabah” Lent.az-a istinadla bildirir ki, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib. Belə ki, rayon sakini 1980-ci il təvəllüdlü S. Alıyev bədənin müxtəlif nahiyələrinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Ona dərhal yardım edilib və vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə xəsarət alan Goranboy sakini S. Alıyevə Kəlbəcər rayon sakinləri 1980-ci il təvəllüdlü A. Ələsov və onun oğlu 2005-ci il təvəllüdlü İ. Ələsov kəsici-deşici alətlə xəsarət yetiriliblər.
Hadisənin tərəflər arasında şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız