Rusiya bütün yanacaq tədarükünü dayandırsa da, Avropa İttifaqı (Aİ) qışdan əvvəl qaz anbarlarını doldura bilib.
Yenisabah.az “Kommersant”a istinadla xəbər verir ki, Almaniya öz anbarlarını 99,54%, Fransa 99,9%, İtaliya 95,5% doldurub. Üstəlik, qitədə isti hava şəraitinin davam etməsi və qaz sərfiyyatının azalması sayəsində belə göstəricilərə nail olunub. Bütün bunlar qarşıdan gələn qış mövsümündə sakitcə sağ qalmağa imkan verir.
Tələbatı ödəmək üçün Avropa ölkələri qazı baha qiymətə almalı olub. Eyni zamanda, Almaniyanın LNG əldə etmək üçün öz infrastrukturu yoxdur, ona görə də alışlar digər ölkələrin terminalları vasitəsilə uzunmüddətli müqavilələr əsasında həyata keçirilir. Dominos pizza
Telegram kanalımız