Avstraliya karantindən çıxmağın yolunu tapıb   - Maraqlı

saytların hazırlanması

Evə çatdırılma

Avstraliya karantindən çıxmağın yolunu tapıb - Maraqlı

Dünya

08 May 2020 11:50 1612


Koronavirusla mübarizənin davam etdiyi bir zamanda normallaşma addımları atan ölkələr sırasına Avstraliya da qatılıb. 

Yenisabah.az xəbər verir ki, Baş nazir Skott Morrison iqtisadi və sosial həyatın təkrar canlanması üçün 3 mərhələli plan hazırladıqlarını və bunun iyul ayına qədər tamamlanacağını açıqlayıb. Nazir eyni zamanda planların hər üç həftədən bir yoxlanılacağını qeyd edib. 

Mərhələ 1: 

-10 nəfərə qədər toplaşma icazəsi veriləcək. 

- Evə 5 nəfərədək qonaq qəbul etmək mümkün olacaq. 

- Uşaqlar siniflərə və oyun meydançalarına qayıda biləcək. 

- Qolf və üzgüçülüyə icazə veriləcək. 

- Mağazalar ilə kiçik restoran və kafelər açılacaq. 

- Yas mərasimlərinə 30 nəfər qatıla biləcək. 

- Açıq havada olan toylarda 10 nəfər iştirak edə biləcək. 

Mərhələ 2: 

-    Kino və teatrlar da daxil olmaqla 20-dən çox insanın bir yerə toplaşması mümkün olacaq. 

- Sektora görə daha çox mağaza açıla biləcək. 

- Kollektiv idman tədbirləri təkrar başlayacaq. 

- Gözəllik salonları yenidən açılacaq. 

 Mərhələ 3: 

- 100 nəfərin bir yerə toplaşmasına icazə veriləcək. 

- Bir çox sektorda işçilər geri qayıdacaq. 

- Əyalətlərarası səyahət başlayacaq. 

- Bar və gecə klubları açılacaq. 

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!