Avtoxuliqanlıq edən sərxoş sürücü saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Avtoxuliqanlıq edən sərxoş sürücü saxlanıldı

Hadisə

23 Noyabr 2021 13:37 669


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə axşam saatlarında yol hərəkəti qaydalarını kobud şəkildə pozan, digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.  pizza sifarişi

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, dövlət yol polisi əməkdaşları axşam saatlarında Lənkəran rayonunun Liman şəhəri ərazisində xidmət apararkən “Opel Astra” markalı avtomobilin sürücüsü tərəfindən yol hərəkət qaydalarının pozulduğu müəyyən edilib. Həmin şəxs polisin qanuni tələblərinə məhəl qoymayaraq təhlükəli manevrlər etməklə ərazidən uzaqlaşmağa çalışıb. Saxlanıldıqdan sonra həmin nəqliyyat vasitəsinin sürücüsü Liman şəhər sakini Murad Muradovun sərxoş olduğu müəyyən edilib. Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.  pizza sifarişi

  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!