Aparıcı Tarix Əliyev (Tolik) və Aygün Kazımova dünya şöhrətli aktyor Ceki Çanla "bir araya gəliblər".
“Yeni Sabah” xəbər verir ki, Tolik həmin görüntüləri sosial media hesabında paylaşıb.
Foto süni intellekt vasitəsilə hazırlanıb. pizza
Ceki Çan “Tanrının Zirehi 4” (“Armor of God 4”) filminin çəkilişləri üçün Bakıya gəlib. Aktyorun Bakıya səfəri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox istifadəçi süni intellekt vasitəsilə Ceki Çanla birlikdə çəkilmiş kimi görünən fotolar hazırlayaraq sosial mediada paylaşıb. Həmin paylaşımlar arasında məşhurların da süni intellektlə hazırlanmış görüntüləri yer alıb.
Aydan Hacı
Telegram kanalımız