Azərbaycan “Avroviziya”da bu tarixdə çıxış edəcək

Azərbaycan “Avroviziya”da bu tarixdə çıxış edəcək

Şou

01 Fevral 2023 08:50 467


"Avroviziya 2023" mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib. 

Yenisabah.az xəbər verir ki, püşkatma “Eurovision YouTube” kanalında, “BBC TWO” və BBC yayım xidməti “iPlayer”də yayımlanıb.

Nəticələrə əsasən, Azərbaycanda mayın 9-da birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. 

Azərbaycan birinci yarımfinalda Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə ilə yarışacaq. 

Müsabiqənin ikinci finalı mayın 11-də, finalı isə mayın 13-də keçiriləcək. 

Qeyd edək ki, müsabiqəni ötən il Ukrayna qazansa da, müharibə səbəbindən yarışın Britaniyada keçirilməsinə qərar verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!