Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxışı və dünyanın aparıcı dövlətlərinin nümayəndələrinin suallarını cavablandırması dünya ictimaiətinin əsas diqqət məkəzində oldu.
Cənab Prezident öz çıxışı zamanı bildirdi ki, biz 30 il müddətində işğal edilmiş ərazilərimizin sülh yolu ilə geri qaytarılmasına çalışdıq. Ermənistan isə münaqişənin həllini istəmir və bunun üçün əlindən gələni edirdi. 2006-cı ildə Fransada keçirilən Rambuye görüşündə Robert Köçəryan görüşü tərk edərək qaçmış, 2009-cu ildə isə Ermənistan Dağlıq Qarabağın ətrafında olan rayonların Azərbaycana qaytarılmasını və dırnaqarası statusun gələcək danışıqlar predmeti olmasını nəzərdə tutan münaqişənin həlli formulasını rədd etmişdi. Torpaqları azad edəndən sonra orada 100 milyonlarla dollar hesabına başa gəlmiş nəhəng istehkamlar, minalanmış sahələr və müdafiə sədlərinin qurulduğunun şahidi olduq. Bütün bunlar əslində onu sübut edir ki, rəsmi İrəvanın niyyəti münaqişənin həlli deyil, dondurulması olub. Ona görə də biz öz torpaqlarımızı müharibə yolu ilə geri almaq məcburiyyətində qaldıq.
Azərbaycan yalnız XXI əsrin müharibəsini deyil, eyni zamanda, yeni mənəvi qaydalar əsasında döyüş apardı. Cənab Prezidentin verdiyi ilk əmrlərdən biri əsgərlərimizin ləyaqətlə, təmkinlə davranmaları və mülki vətəndaşlara zərər verməməyə maksimum çalışmaqla bağlı idi. Ermənistan tərəfinin mülki vətəndaşlar arasında itkiləri 40 nəfərdən az oldu. Bizim hücum əməliyyatlarımız və texniki vasitələrimizin yeganə hədəfləri hərbi hədəflər idi. Həmin 40 nəfər mülki erməninin böyük bir hissəsi də hərbi əməliyyatlarda iştirak edənlər idi. Biz 1500-dən çox erməni əsgərinin cəsədlərini Ermənistana təhvil vermişik. pizza hut
Amma, Birinci Qarabağ müharibəsində bizim 4 min hərbçimiz itkin düşüb və bir cəsəd belə bizə qaytarılmayıb. İşğal edilmiş rayonlarımızda olan yaşayış məntəqələri və mədəni abidələr yerlə yeksan edilmişdir.
İkinci Qarabağ müharibəsində də ermənilər öz mənfur xislətlərini göstərdilər. Azərbaycanın mülki obyektlərini və yaşayış məntəqələrini raketlə vurması nəticəsində Gəncədə 27 mülki şəxs ölmüş, 105 nəfər yaralanmış, Bərdədə 21 nəfər ölmüş, 70 nəfər yaralanmışdır. Mülki əhaliyə qarşı törədilmiş cinayətlər erməni siyasətinin xislətindən xəbər verir. Budur, aramızda olan fərq. Bütün bunları izləyən dünya ictimaiyyəti erməni barbarlığının və İrəvanın hərbi cinayətkar olmasının bir daha şahidi oldular.
Cənab Prezident çıxışında bildirdi ki, bütün bunlara baxmayaraq biz bundan sonrakı dövrdə Ermənistanla digər qonşu dövlətlərlə olduğu kimi, qonşuluq münasibətləri qurmaq istərdik. Bu səbəbdən, beynəlxalq təşkilatlar, xüsusilə də münaqişədən sonrakı dövrdə barışıq və münasibətlərin normallaşdırılması, habelə etimad quruculuğu tədbirləri sahəsində təcrübəsi olanlar daha fəal ola bilərlər. Bu işdə QHT-lərin rolu böyük ola bilər və Azərbaycan bu məsələdə QHT-lərlə çalışmağa hazırdır. Bu gün Ermənistanda nə hökumət, nə də müxalifət Azərbaycan haqqında nəinki müsbət, heç neytral fikir söyləmək iqtidarında deyil. Bu Azərbaycanofobiya konsepti, onilliklər ərzində azərbaycanlılara qarşı nifrətin aşılanması, əslində, erməniləri hüquqlarından məhrum edib.
Azərbaycan bundan sonra da, beynəlxalq münasibətlərdə hər zaman sülhün tərəfdarı kimi, çıxış edəcək. Bundan başqa Azərbaycan azad edilmiş ərazilərdə tamamilə yeni idarəçilik modelini təqdim edir. Prezident hakimiyyətinin, Prezident Administrasiyasının fərqli idarəçilik modeli olacaq və inkişafa çox müasir yanaşma olacaq, təkcə bərpa zamanı deyil, həm də bərpadan sonra...
Qarabağ hadisələri Azərbaycanın gələcək nəslinə və beynəlxalq aləmə daha aydın və təhrif olunmadan çatdırılmalıdır.
Mehdi Mehdiyev adına 280 nömrəli tam orta məktəbin direktoru Nizami Niftiyev
Telegram kanalımız