“Azərbaycan “Miss Universe 2024”dən kənarlaşdırıldı” - Səmra

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan “Miss Universe 2024”dən kənarlaşdırıldı” - Səmra

Şou

15 Noyabr 2024 17:55 1907


73-cü “Miss Universe 2024” beynəlxalq gözəllik müsabiqəsinin yarımfinal mərhələsi baş tutub. Əvvəlcədən sözügedən yarışmada ölkəmizi təmsil edən iştirakçının siyahıda adı olsa da, daha sonra Azərbaycanın müsabiqədən kənarlaşdırıldığı məlum olub. 

Yenisabah.az olay-a istinadla xəbər verir ki, “Miss Azerbaijan 2019” Səmra Hüseynova bununla bağlı deyib:

“Əslində, “Miss Universe 2024” müsabiqəsinə mən qatılacaqdım. Bir müddət əvvəl bununla bağlı mənə zəng gəldi və bu yarışmada iştirak etməyimlə bağlı təklif aldım. Lakin sonra mənə dedilər ki, başqa qız model seçilib və o Azərbaycan adından çıxış edəcək. pizza hut

Heç bir kastinq keçirilmədən necə ola bilər ki, bu qızı seçsinlər?! Mənə deyildi  ki, o xanım heç model standartlarına uyğun deyil və Azərbaycan bu müsabiqədən ümumiyyətlə çıxarılıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!