Bakının Sabunçu rayonunda Bəşir Bünyadov küçəsinin bir hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bu barədə “Yeni Sabah”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, məhdudiyyət Bəşir Bünyadov küçəsinin Koroğlu metro stansiyasından, Piramida istiqamətindən Heydər Əliyev prospektinədək olan hissəsini və Bakıxanov qəsəbəsi istiqamətindəki yolu əhatə edəcək. Marqarita pizza
Təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti aşağıdakı tarixlərdə tam məhdudlaşdırılacaq:
21 oktyabr saat 23:00-dan 22 oktyabr saat 08:00-dək;
22 oktyabr saat 23:00-dan 23 oktyabr saat 08:00-dək;
23 oktyabr saat 23:00-dan 24 oktyabr saat 08:00-dək.
Sürücülərdən qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
Aytac Əliyeva
Telegram kanalımız