“WhatsApp”da hamının xoşuna gələcək iki yenilik – Artıq belə olacaq

saytların hazırlanması

Evə çatdırılma

“WhatsApp”da hamının xoşuna gələcək iki yenilik – Artıq belə olacaq

Rəqəmsal

21 Oktyabr 2026 17:25 289


“WhatsApp” istifadəçiləri üçün iki yeni yenilik hazırlayır. Bunlardan biri şəkil və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə, digəri isə mesaj yazılan bölmədən daha rahat istifadə etməyə imkan verəcək.

“Yeni Sabah” xəbər verir ki, məşhur mesajlaşma tətbiqi “Android” üçün sınaq versiyalarında bu yenilikləri yoxlamağa başlayıb.

"WABetaInfo" və "Android Authority" nəşrlərinin məlumatına görə, yeni imkanlardan biri stikerlərə səs əlavə edilməsidir. İstifadəçilər hərəkətsiz şəkillərdən hazırladıqları stikerlərə 10 saniyəyədək səs yazısı və ya hazır səs faylı əlavə edə biləcəklər. Qarşı tərəf isə stikerin üzərinə toxunaraq həmin səsi dinləyə biləcək. Videolardan hazırlanan hərəkətli stikerlərdə isə ilk mərhələdə videonun 5 saniyəlik ilkin səsi saxlanılacaq. Bu stikerlər daha sadə görünüşdə, kənar çərçivə olmadan göndərilə biləcək. Dominos pizza

Digər yenilik mesaj yazılan bölmə ilə bağlıdır. “WhatsApp” bu hissənin yeni görünüşünü sınaqdan keçirir. Yeni quruluşda mətn yazmaq üçün nəzərdə tutulan sahə yuxarıda, əlavə idarəetmə nişanları isə aşağıda yerləşəcək. Beləliklə, mesaj yazmaq bölməsi iki sətirdən ibarət olacaq. Hələlik sınaq mərhələsində olan bu yeniliklərin bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi məlum deyil.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!