Azərbaycanla Qoşulmama Hərəkatı arasında imzalanmış Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib.
"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun layihəsini imzalayıb.
Bundan başqa, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 11 oktyabr 2022-ci il tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiq edilməsi barədə qanunu təsdiqləyib. pizza mizza
Saziş bu il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanıb.
Dəyişikliyə əsasən, Fondun nizamnamə kapitalı 2 dəfə artırılaraq 200 milyon ABŞ dollarına çatdırılıb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni təsdiq edib.
Telegram kanalımız