Sabah paytaxtın iki rayonunda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah paytaxtın iki rayonunda qaz olmayacaq

Sosial

21 Oktyabr 2026 19:25 71


Sabah Bakının Xətai və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz sızmasının aradan qaldırılması, eləcə də təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar oktyabrın 22-də saat 10:00-dan etibarən işlər başa çatanadək bir sıra küçələrdə qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Toyuqlu pizza

Fasilə Xətai rayonunun Gəncə prospekti və M.Hadi küçəsini, həmçinin Nəsimi rayonunun Mir Cəlal, A.Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələrini əhatə edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!