Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək

İdman

21 Oktyabr 2026 17:37 79


Azərbaycanın "Judo Club 2012" klubu oktyabrın 24-də Fransanın paytaxtı Parisdə keçiriləcək cüdo üzrə Çempionlar Liqasında iştirak edəcək.

"Yeni Sabah" xəbər verir ki, baş məşqçisi İmran İmanovun rəhbərliyi altında Parisə Ülviyyə Babayeva (57 kq), Aytac Qardaşxanlı (70 kq), Diana Semçenko (+70 kq), İbrahim Əliyev (73 kq), Elcan Hacıyev (90 kq), Sübhan Axundov və Əsəd Əsgərov (hər ikisi +90 kq) yollanacaq.

Nümayəndə heyətinin tərkibində Azərbaycan Cüdo Federasiyasının üzvü, Cüdo Veteranları Assosiasiyasının prezidenti, "Judo Club 2012" İctimai Birliyinin sədri və klubun təsisçisi, veteran cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov, həmçinin klubun məşqçiləri Zaur Bağırov və Eldar Kasumov da yer alacaq. pizza

Qeyd edək ki, Azərbaycan təmsilçisi ilk dəfə Avropanın 11 klubunun qatılacağı turnirdə mübarizə aparacaq. Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan Avropa Çempionlar Liqasının əvvəlki qalibi Fransanın PSJ klubu olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!