Azərbaycan neftinin qiyməti 44 dollara yüksəldi
03 İyl 2020 10:20
181

Azərbaycan neftinin qiyməti 44 dollara yüksəldi

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,25 dollar artıb.

Yenisabah.az xəbər verir ki, bu isə 0,57% artım deməkdir.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 44 dollar təşkil edir.

"Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər