Azərbaycan nümayəndə heyəti Kahramanmaraşda oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nümayəndə heyəti Kahramanmaraşda oldu

Dünya

16 Aprel 2023 19:48 784


Bu gün Azərbaycan nümayəndə heyəti Türkiyənin zəlzələlərdən zərər çəkmiş Kahramanmaraş bölgəsində olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviterdə paylaşım edib.

Nümayəndə heyəti Kahramanmaraşda Azərbaycan hökuməti tərəfindən zəlzələdən zərər çəkənlər üçün qurulmuş çadır şəhərciklərinə baş çəkib və 360 çadırda ailələrə Ramazan bayramı münasibətilə yardımlar paylanılıb. Toyuqlu pizza

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib ki, bu müddət ərzində daimi olaraq yardımlar davam edib, yenə də davam edəcək. Eyni zamanda zəlzələdən zərər çəkmiş insanlar üçün Azərbaycanın dəstəyi ilə evlərin tikilməsi üçün işlər də başlayır. Nümayəndə heyəti tikinti üçün ayrılmış yerə də baş çəkib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!