Azərbaycana gələn turistlərin sayı artıb - Statistika

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana gələn turistlərin sayı artıb - Statistika

Sosial

20 Fevral 2023 12:47 674


Bu ilin yanvar ayında Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gələnlərin 33,8 %-i Rusiya Federasiyası, 21,1 %-i Türkiyə, 9,3 %-i İran, 5,6 %-i Gürcüstan, 3,4 %-i Hindistan, 3,2 %-i Birləşmiş Ərəb Əmirlikləri, 2,7 %-i Pakistan, 2,1 %-i Küveyt, hər birindən 1,8 % olmaqla Səudiyyə Ərəbistanı və Qazaxıstan, 1,5 %-i Ukrayna, hər birindən 1,2 % olmaqla Özbəkistan, Türkmənistan və Belarus, 10,1 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 77,7 %-ni kişilər, 22,3 %-ni qadınlar təşkil edib. Toyuqlu pizza

2022-ci ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 49 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 4,3 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 29,3 % artaraq 21,3 min nəfər olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!