Azərbaycana mal-qara idxalı 44% artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana mal-qara idxalı 44% artıb

İqtisadiyyat

27 Avqust 2026 15:11 104


2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan xaricdən 19,3 milyon dollar dəyərində 4 567 baş iribuynuzlu ev heyvanı gətirib.

“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinafən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal olunan mal-qaranın kəmiyyəti 44%, ona xərclənən vəsait isə 43% çoxdur.

Hesabat dövründə tədarükdə Almaniya liderlik edib - bu ölkədən alışlar həcmcə 29 dəfə, dəyər ifadəsində isə 39 dəfə artaraq 5,4 milyon dollara (1 171 baş) çatıb. Digər aparıcı partnyorlardan Estoniyadan 3,1 milyon dollarlıq (693 baş), Danimarkadan 2,8 milyon dollarlıq (730 baş), Avstriyadan isə 2,4 milyon dollarlıq (523 baş) mal-qara gətirilib. Ötən il tədarükün olmadığı Slovakiyadan isə 2,7 milyon dollar dəyərində 689 baş canlı heyvan alınıb. pizza

Xatırladaq ki, 2025-ci ildə ölkəyə gətirilən 8 983 baş iribuynuzlu heyvanın əsas hissəsini Uruqvay (40%) və Çexiya (20,5%) təmin etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!