Azərbaycana qar yağdı -  FAKTİKİ HAVA 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana qar yağdı -  FAKTİKİ HAVA 

Sosial

23 İyun 2024 10:32 480


Saat 9:00-a olan məlumatına əsasən bölgələrdə qeyri-sabit hava şəraiti davam edib.

Milli Hidrometeorologiya Xidmətindən “Yeni Sabah”a verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. İyunun 23-ü gecə saatlarında Şahdağın 3 000 metr yüksəkliklərinə qar yağıb. Dominos pizza

İyunun 22-si axşam və 23-ü gecə saatlarında Balakən, Şəki, Zaqatala rayonlarına diametri 20 mm-dək olan dolu düşüb. Şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir 20-25 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda 21, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək isti olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!