Bakıya qarşı sanksiyalar Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi səylərinə zərbə vura bilər.
Yenisabah.az xəbər verir ki, bunu Kanadanın Ermənistandakı səfiri Endryu Törner bildirib.
O, Kanada parlamentində çıxışı zamanə qeyd edib: Marqarita pizza
“Heç kimin sanksiyalar yolunu seçdiyini görməsək də, Fransanın hərbi dəstək barədə açıqlamalarının şahidi olduq. Bu, Azərbaycanı sülh prosesinin irəliləyişinə töhfə verə biləcək planlaşdırılan beynəlxalq görüş və müzakirələrdən imtina etməyə məcbur edib”.
Xatırladaq ki, Kanadanın xarici işlər naziri Melani Coli ötən həftə İrəvanda Azərbaycana qarşı sanksiyalar məsələsinin artıq masanın üstündə olduğunu bildirmişdi.
Telegram kanalımız