Azərbaycana xaricdən narkotik gətirmək istəyənlər tutuldu   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana xaricdən narkotik gətirmək istəyənlər tutuldu - Foto

Kriminal

05 Aprel 2021 10:21 599


Azərbaycana külli miqdarda narkotik gətirilməsinini qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, aprelin 3-də, saat 22:45-də “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana hərəkət edən 2 naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucuları ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxslərin İran vətəndaşı 49 yaşlı Həmid Dərgahi Heydər oğlu və Azərbaycan vətəndaşı, Xızı rayon sakini 37 yaşlı Həsrətquliyev Elxan Eldar oğlu olması müəyyənləşdirilib, əllərindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 765 qram narkotik vasitəyə (865 qram “heroin”ə və 1900 qram “marixuana”ya) bənzər maddələr aşkar olunaraq götürülüb. Dördpendirli pizza

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!