Azərbaycanda 4 günlük iş rejimi ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 4 günlük iş rejimi ilə bağlı açıqlama

Sosial

14 Yanvar 2022 08:11 3170


"Vətəndaşlar 4 gün işləyib, 3 gün istirahət etsinlər". Son zamanlar bu fikir bir sıra ölkələrin müzakirə mövzusuna çevrilib.

Birləşmiş Ərəb Əmirlikləri inqilabi qərar qəbul edərək bu il yanvarın 1-dən 4,5 günlük iş rejiminə keçib.Yəni, həftəlik iş qrafiki 5-ci gün saat 12:00-da yekunlaşacaq. Hazırda Rusiya, Türkiyə , Gürcüstanda da 4 günlük iş rejiminə keçidlə bağlı məsələlər müzakirə mövzusudur.

Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Eldəniz Əmirov hesab edir ki, 4 gün işləyən insan 3 gün dincələcəyini bildiyi üçün daha məhsuldar nəticə göstərə bilər. Dominos pizza

Elə əksər şirkət və müəssisələri cəlb edən də məhz bu fikirdir. Eldəniz Əmirovun fikrincə, ölkəmizdə də bu sistemi tətbiq etmək mümkündür. Amma  bunun üçün xüsusi təhlil, elmi araşdırmalar lazımdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirilib ki, hələlik bu barədə heç bir layihə və ya qərar yoxdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • rəcəbov yamən
    belə olsa sahibkarlar kef çəkr. heç bir bazar gününü qoymurlar dincələk
    4 years ago